Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

Vəliyev Xanlar Rüstəm oğlu



Vəliyev Xanlar Rüstəm oğlu
Azərbaycan Respublikası Baş prokurorunun müavini -
Azərbaycan Respublikasının Hərbi prokuroru


1955-ci il martın 15-də Yevlax şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul olunaraq, 1985-1993-cü illərdə Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləmiş, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olmuşdur.
10 fevral 2005-ci il tarixdə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilmişdir.
Ədliyyə general-leytenantı ali hərbi rütbəsindədir. Hüquq elmləri namizədidir.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni, 22 iyun 2006-cı il tarixli Fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı və digər medallarla təltif edilmiş, 18 mart 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adına layiq görülmüşdür.
Ailəlidir, üç övladı var.

Mənbə:Azərbaycan Respublikasının Baş Prokurorluğu
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter