Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

Əsgərov Namiq Əli oğlu



Əsgərov Namiq Əli oğlu
Azərbaycan Respublikası Baş prokurorunun müavini


1954-cü ilin dekabr ayının 18-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi qurtardıqdan sonra Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1976-1981-ci illərdə BDU-nun hüquq fakültəsini bitirdikdən sonra təyinatla Respublika prokurorluq orqanlarına işə qəbul olunaraq 26 Bakı komissarı (Səbail) rayon prokurorluğunun stajoru təyin edilmişdir. Daha sonra N.Əsgərov Bakı nəqliyyat prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru, müstəntiqi, Azərbaycan nəqliyyat prokurorunun ümumi nəzarət üzrə köməkçisi, Bakı şəhər prokurorluğu ümumi nəzarət şöbəsinin prokuroru,Sosial və iqtisadi sahələrdə qanunların icrasına nəzarət şöbəsinin prokuroru, Təşkilat-nəzarət şöbəsinin prokuroru, Baş Prokurorluğun Təşkilat-nəzarət idarəsinin böyük prokuroru vəzifələrində işləmişdir. 27.12.2000-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük referenti, həmin şöbənin müdir müavinivəzifələrində çalışmış, 14.03.2005-ci il tarixdə köçürülmə qaydasında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 20.04.2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorunun müavini təyin edilib.
II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.
N.Əsgərov Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının üzvüdür,Azərbaycan Respublikasının Baş Prokurorluğunda Müsabiqə komissiyasının sədridir, «Prokurorluq işçilərinin sosial müdafiəsi və maddi təminatları məsələlərinin həlli üzrə komissiyası»nın sədridir, «Prokurorluq orqanlarında uzunmüddətli xidmətə görə üstəlik haqq verilməsi üçün əmək stajını müəyyən edən komissiya»nın sədridir, «Azərbaycan Prokurorluğu» jurnalının baş redaktorudur.
Ailəlidir, iki övladı var.


Mənbə:Azərbaycan Respublikasının Baş Prokurorluğu
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter