Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

Qaralov Zakir Bəkir oğlu



Qaralov Zakir Bəkir oğlu
Azərbaycan Respublikasının Baş prokuroru

1956-cı il yanvarın 13-də Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuşdur. 1979-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun Ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləmişdir.
25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsində işləyir.
I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv ölkələrin Assambleyasının sədridir.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il və 29 sentyabr 2006-cı il tarixli Sərəncamları ilə «İgidliyə görə» medalı və «Azərbaycan bayrağı» ordeni ilə təltif edilmiş, 29 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasının əməkdar hüquqşünası» fəxri adına layiq görülmüşdür.
Ailəlidir, iki övladı var.

Mənbə: Azərbaycan Respublikasının Baş Prokurorluğu

Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter