Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

Novruz Quliyev

  • 13.12.2018, 17:37,
  • Elm
  • 0

Novruz Quliyev
Azərbaycan RespublikasıEkologiya və Təbii Sərvətlər Nazirinin müavini
22 mart 1952-ci il təvəllüdlüdür. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1974-cü ildə əmək fəaliyyətinə Elmi-Tədqiqat Əkinçilik İnstitutunda başlayıb. 1977-сi ildə SSRİ EA-nın Biokimya İnstitutunun aspiranturasını bitirib. 1978-ci ildə biologiya üzrə fəlsəfə doktoru və 1992-ci ildə biologiya üzrə elmlər doktoru alimlik dərəcələrini alıb. 1981-ci ilin may ayından AMEA-da böyük, aparıcı elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır və hazırda Molekulyar Biologiya və Biotexnologiyalar institutunda yarım ştat baş elmi işçi vəzifəsində işləyir. 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və eyni zamanda 2000-2005-ci illərdə Milli Məclisin komissiya sədri olub. 2001-сi ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilb. 2005-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavinidir. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə biokimya ixtisası üzrə professor elmi adını alıb. 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi medalı" ilə təltif edilib.
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter