Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

​​ƏFƏNDİYEV FUAD ƏLƏDDİN OĞLU

  • 13.12.2018, 15:33,
  • Elm
  • 0


ƏFƏNDİYEV FUAD ƏLƏDDİN OĞLU
(1909-1963)
Fuad Ələddin oğlu Əfəndiyev1909-cu il fevralın 23-də Tiflis quberniyasının Axaltsix qəzasının Atsxuri kəndində anadan olmuşdur.
1928-ci ildə Azərbaycan Dövlət Univer­sitetinin Tibb fakültəsini bitirmişdir. F.Əfəndiyev fəlsəfə (1934) və elmlər doktorluğu (1942) dissertasiyalarını mü­dafiə etmiş, professor elmi adma layiq görülmüşdür.
Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1959) seçilmişdir. F.Əfəndiyev Azərbaycan Dövlət Tibb İnstitutunun 2-ci fakültativ cərrahiyyə (in­diki Cərrahi xəstəliklər) kafedrasının müdiri (1944-1963), ET Hematologiya və Qanköçürmə İnstitutu direktorunun müavini (1960), Respublika Qanköçürmə stan­siyasının direktoru, Elmi Tədqiqat Vərəm İnstitutunun Ağciyər cərrahiyyəsi şöbə­sinin müdiri, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı (1943-1952), 4-cü Baş İdarəsi Cərrahiyyə şöbəsinin müdiri (1946-1963) olmuşdur. F.Əfəndiyev döş qəfəsi cərrahiyyəsi, ürək cərrahlığı və qanköçürmə sahəsində beynəlxalq miqyasda tanınan görkəmli alimlərdən olmuşdur. Onun elmi fəaliyyətinin əsas istiqamətini döş qəfəsi xəstəliklərinin müalicəsi və cərrahlığı, hematologiya, qanköçürmə, qanın laxtalanması problemlərinin tədqiqi təşkil etmişdir. O, həmçinin ağciyər vərəminin cərrahi müalicəsi, plevranın empiyeması, ağciyərlərin irinli iltihabı proseslərinin müalicəsi ilə məşğul olmuşdur. Rəhbərliyi altında Azərbaycanda ilk dəfə ürək cərrahiyyəsinin, cərrahi hematologiyanın, anesteziologiyanın, eksperimen­tal cərrahiyyənin əsası qoyulmuş və sonralar bu sahələr ayrı-ayrı elmi tədqiqat ins­titutları kimi inkişaf etdirilmişdir. Onun tərəfindən plevra boşluğunda qanın infeksi- yalaşmasım asanlıqla təyin etməyə imkan verən orijinal üsul təklif edilmişdir. Bu üsul SSRİ-də və beynəlxalq miqyasda "Əfəndiyev sınağı” kimi tanınmışdır. Alim ağciyər əməliyyatlarını asanlaşdırmaq üçün xüsusi alət və aparatlar yaratmış, hematoraksin ekspres üsulla müalicəsinin mümkün olduğunu göstərmişdir. F.Əfəndiyev 200-dən çox elmi əsərin, 3 monoqrafiyanın, dərslik və dərs vəsaitləri­nin, elmi-metodik göstərişlərin, ixtira və səmərələşdirici təkliflərin müəllifi olmuşdur. Onun məsləhətçiliyi və rəhbərliyi altında 9 elmlər, 14 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir. F.Əfəndiyev dünyanın bir sıra ölkələrində keçirilən beynəlxalq qurultay, konfrans və simpoziumlarda məruzələrlə iştirak etmiş, xarici mətbuatda çox sayda məqalələri çap edilmişdir. F.Əfəndiyev Hematoloqlarm Beynəlxalq Cəmiyyətinin, Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü olmuş, iki dəfə Bakı Şəhər Sovetinin, 4 çağırış Azərbaycan Res­publikası Ali Sovetinin deputatı seçilmiş, Respublikanın Əməkdar həkimi, Əməkdar elm xadimi fəxri adlarına layiq görülmüş, "Qırmızı Ulduz”, "Qırmızı Əmək Bayrağı” ordenləri, "Qafqazın müdafiəsi uğrunda”, "1941-1945-ci illərdə Böyük Vətən müha­ribəsində fədakar əməyə görə” medalları və "SSRİ Səhiyyə Əlaçısı”, "SSRİ Sanitar Mü­dafiə Əlaçısı" döş nişanları ilə təltif edilmişdir. F.Əfəndiyevin monoqrafiya şəklində dərc olunan elmlər doktorluğu dissertasiyası, eləcə də böyük nəzəri və praktiki əhəmiyyətə malik olan hematorakslar zamanı təklif etdiyi "ekspress” metod SSRİ Tibb Elmləri Akademiyası tərəfindən "Akademik N.N.Burdenko adma mükafata” (1949) layiq görülmüşdür. F.Əfəndiyev Moskvadan Azərbaycana gəlmiş akademik Petrovski ilə birgə xəstə üzərində ağır ürək əməliyyatı apararaq daha bir xəstəni ölümdən qurtarmış, lakin təəssüf ki, elə həmin gün - 1963-cü il sentyabrın 20-də böyük alimin özü qəflətən vəfat etmişdir.

İSTİNAD:
AMEA-nın nəşri olan “Akademiya simalarda” ensiklopedik məlumat-sorğu kitabı
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter