Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

​VERDİYEVA ZEMFİRA NADİR QIZI

  • 13.12.2018, 15:31,
  • Elm
  • 0
VERDİYEVA ZEMFİRA NADİR QIZI
(1935-2010)
Zemfira Nadir qızı Verdiyeva 19 noyabr 1935-ci ildə Tiflis şəhərində anadan olmuşdur.
Həmin ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1943-1945-ci illərdə 189 saylı (rus dilli) orta məktəbdə təhsil almışdır. 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutuna (İngilis-fransız dili fakültəsi) daxil olmuş, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1957-1995-ci illər arasında Azərbaycan Döv­lət Pedaqoji Dillər İnstitutunda laborant, pedaqoji təcrübə müdiri, müəllim, ka­fedra müdiri, 1973-cü ildən 1995-ci ilə qədər rektor vəzifəsində çalışmışdır. 1965-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1968-ci ildə dosent elmi adını almışdır. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1972- ci ildə professor elmi adma layiq görülmüşdür. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Alimin Azərbaycanda və xarici ölkələrdə 190-a qədər kitab, monoqrafiya və dərs vəsaitləri çapdan çıxmışdır. Onun elmi-pedaqoji fəaliyyəti haqqında 372 məqalə çap edilmişdir. Z.Verdiyeva 1990-1995-ci illər ərzində Azərbaycan Milli Məclisinin deputa­tı olmuşdur. 1989-cu ildən Azərbaycan Qadınlar Cəmiyyətinin sədri vəzifəsində çalışmış və bu müddətdə dünyada 63 qadınlar cəmiyyəti ilə əlaqə yaratmışdır. Azərbaycan Dillər Universitetində namizədlik və doktorluq dissertasiyaları üzrə Müdafiə Şurasının üzvü olmuşdur. Bir sıra doktorant və aspirantlara rəh­bərlik etmiş, müxtəlif ali təhsil ocaqlarında elmi işlərə opponentlik etmişdir. Azərbaycanın «Şöhrət» ordeninə, ABŞ-da 1998, 2007-ci illərdə «İlin qadını», 2000-ci ildə «Əsrin qadını» adlarına layiq görülmüşdür. Bununla yanaşı, dünyada ictimai fəaliyyətinə görə ABŞ, İngiltərə, Kanada, Cənubi Koreya və s. ölkələrin mükafatlarını almışdır. BMT-nin nəzdində fəaliyyət göstərən «Bütün Dünyada Sülh» federasiyası tərəfindən «Sülhməramlı Səfir» diplomu ilə təltif edilmişdir.
Z.Verdiyevanın tərcümeyi-halı 1998-ci ildə Nyu-Yorkda (ABŞ) «Beynəlxalq Tərcümeyi-Hal» Soraq Kitabçasına daxil edilmişdir. Həmçinin, xarici dillər üzrə ilk qadın elmlər doktoru kimi Azərbaycan Ensiklopediyasına daxil olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zemfira Verdiyeva 2010-cu ildə Bakıda vəfat etmişdir.


İSTİNAD:
AMEA-nın nəşri olan “Akademiya simalarda” ensiklopedik məlumat-sorğu kitabı
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter