Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

SƏMƏDOVA FƏZİLƏ İBRAHİM QIZI

  • 13.12.2018, 15:30,
  • Elm



SƏMƏDOVA FƏZİLƏ İBRAHİM QIZI
Səmədova Fəzilə İbrahim qızı 1929-cu il martın 29-da Şamaxı şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir (1951). F.Səmədova texnika üzrə fəlsəfə doktoru (1956), texnika üzrə elmlər dok­toru (1977) elmi dərəcəsini, professor (1987) elmi adını almış. 1995-ci ildə Nyu-York EA-nın həqiqi üzvü, AMEA-nın müxbir üzvü seçilmişdir (2001). F.Səmədova əmək fəaliyyətinə 1952-ci ildə Yeni Bakı neftayırma zavodun­da (indiki "Azərneftyanacaq" NEZ) başlayaraq növbətçi mühəndis, Azərbaycan Sənaye İnstitutunun aspirantı, İ.Qubkin adma Neft İnstitutunun aspirantı, Azər­baycan Sənaye İnstitutunun assistenti, dosenti, AMEA-nın Neft-Kimya Proses­ləri İnstitutunun baş elmi işçisi vəzifələrində işləmişdir.
F.Səmədova 1982-ci ildən indiyə qədər AMEA Neft-Kimya Prosesləri İnsti­tutunun Neftlərin tədqiqi və yağların texnologiyası laboratoriyasının müdiri vəzifəsində çalışır. F.Səmədova bütün elmi fəaliyyətini Azərbaycanın yeni yataqlarından çıxarı­lan neftlərin tərkib və xassələrinin öyrənilməsi, onların səmərəli emalı haqqın­da tövsiyələrin verilməsi, onlardan yüksək keyfiyyətli baza yağlarının alınma­sını təmin edən texnologiyaların işlənib hazırlanması və bu tədqiqatların bir hissəsinin istehsalata tətbiq edilməsi, ekoloji zərərsiz baza yağlarının alınması üçün az enerji sərfi ilə başa gələn yeni texnoloji proseslərin yaradılması və pa- tentləşdirilməsi, Azərbaycan neftinin yüksək molekullu heteroatomlu birləş­mələrinin, o cümlədən mikroelementlərin öyrənilməsi və bu məqsədlə yeni tədqiqat üsullarının yaradılması, Azərbaycan neftinin fiziki-kimyəvi xassələrini əks etdirən məlumat bankının yaradılmasına və s. həsr etmişdir. Onun 22 adda işi Bakı NEZ-da tətbiq edilmişdir. F.Səmədovanın elmi tədqiqatlarının nəticələri 496 elmi əsərdə, o cümlədən 24 monoqrafiyada, 65 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmış­dır. Əsərlərinin bir hissəsi xaricdə çap olunmuşdur. F.Səmədovanın rəhbərliyi ilə 4 elmlər doktoru və 16 fəlsəfə doktoru ha­zırlanmışdır. F.Səmədova SSRİ EA və SSRİ Dövlət Elm və Texnika Komitəsinin Əlaqələn­dirici Problem Şurasının və SSRİ Dövlət Qaz Konserni Elmi Tədqiqat İnstitu­tunun Elmi Şurasının və bir sıra Texniki və Problem şuralarının üzvü, NKPİ-nin İxtisaslaşdırılmış Şurasının sədri olmuşdur. O, "Azərbaycan Neft Təsərrüfatı” və "Neft kimyası və neft emalı prosesləri" jurnallarının redaksiya heyətinin, Azər­baycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti yanında yaradılmış Neft Emalı üzrə Elmi-Texniki Şuranın, Beynəlxalq Biznes Klubun Ekspert Şurasının üzvüdür. ABŞ-ın Bioqrafiya İnstitutunun konsultantıdır. F.Səmədova Əməkdar elm xadimi fəxri adma layiq görülmüş, "Şöhrət” ordeni, "Aleksandr Humboldt” adma medalla təltif edilmiş və "Avropanın fəxri alimi" adma layiq görülmüşdür.

İSTİNAD:
AMEA-nın nəşri olan “Akademiya simalarda” ensiklopedik məlumat-sorğu kitabı
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter