Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

SƏFƏROVA ZEMFİRA YUSİF QIZI

  • 13.12.2018, 15:28,
  • Elm
  • 0

SƏFƏROVA ZEMFİRA YUSİF QIZI
Zemfira Yusif qızı Səfərova 10 iyun 1937-ci ildə Kislovodsk şəhərində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Musiqi tarixi və nəzə­riyyəsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə sənətşünaslıq namizədi, 1996-cı ildə sənətşünaslıq doktoru, 1998-ci ildə professor elmi adını almışdır. Z.Səfərova 1978-ci ildən Bəstəkarlar İttifaqının üzvüdür. 2000-ci ildə Bəstə­karlar İttifaqının Musiqişünaslıq və tənqid bölməsinin rəhbəri seçilmiş, İttifa­qın rəyasət heyətinin üzvüdür. 1989-cu ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 2006-cı ildə Əməkdar elm xadimi adma layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sənətşünaslıq və memarlıq üzrə Ekspert Şurasının sədri (2006-2009) vəzifəsində çalışmışdır. 2013-2014-cü illərdə həmin vəzifəni icra etmişir. O, «Musiqi dünyası», «Qobustan», «İncəsənət və mədəniyyət problemləri» jurnal­larının redaksiya heyətinin üzvüdür. Z.Səfərova bir sıra Beynəlxalq konfrans, simpo­ziumlarda məruzələr etmiş, elmimizi ləyaqətlə təmsil etmişdir. Alimin son illərdə nəşr olunmuş kitabları AMEA Memarlıq və İncəsənət İns­titutun mühüm nəticələri kimi dəyərləndirilmişdir. Onlardan «Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)», «Azərbaycan musiqi tarixi», «Ölməzlik» və s. gös­tərmək olar. Onun əsərləri Bakıda və müxtəlif xarici ölkələrdə - Rusiyada, Türkiyədə, Serbiyada, Küveytdə, Varşavada, Budapeştdə nəşr edilmişdir. Z.Səfərovanın kitablarında verdiyi məlumatlar, ölçülər əsasında qədim musiqi alətləri bərpa olunmuşdur (S.Urməvinin Nüzhə musiqi aləti kimi). O, mühüm orta əsr risalələrini, klassiklərimizin musiqi əsərlərinin akade­mik nəşrini hazırlamışdır. Z.Səfərova 1980-ci ildən AMEA Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinə rəhbərlik edərək yüksək peşəkar mütəxəssislər yetişdirmişdir. Görkəmli sənətşünas alim 230-dan artıq elmi əsərin, 40 kitabın, o cümlədən 10-dan artıq monoqrafiyanın müəllifidir. AMEA-nın müxbir üzvü Z.Səfərova 50 ildən artıq Akademiya sistemində fəa­liyyət göstərmiş, Rəyasət Heyətinin Fəxri Fərmanı, «Humay» mükafatı laureatı, «Qızıl qələm», «Azərbaycan bayrağı», «Xalqın nüfuzlu ziyalısı», «Xalqın vətən­pərvər alimi» qızıl medalı və "Üzeyir Hacibəyli” adına mükafatla təltif edilmişdir.

İSTİNAD:
AMEA-nın nəşri olan “Akademiya simalarda” ensiklopedik məlumat-sorğu kitabı
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter