Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

SÜLEYMANOV BAĞIR ƏLƏKBƏR OĞLU

  • 13.12.2018, 15:27,
  • Elm
  • 0


SÜLEYMANOV BAĞIR ƏLƏKBƏR OĞLU

Вağır Ələkbər oğlu Süleymanov 1959-cu il iyunun 22-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Qazneftmədən fakültəsini bitirmişdir. B.Süleymanov 1987-ci ildə texnika üzrə fəlsəfə doktoru,1997-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 2011-ci ildə ixtisas üzrə professor elmi adını almış, 2014-ci ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir. B.Süleymanov əmək fəaliyyətinə keçmiş «Xəzərdənizneftqazsənaye» Ümümittifaq İstehsalat Birliyinin N.Nərimanov adma Neft və Qazçıxarma İdarəsində başlayaraq, 1981-1985-ci illərdə neft və qaz hasilatı üzrə operator, mühəndis vəzifələrində işləmiş­dir. O, 1985-1988-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Neft yataqlarının işlənməsi və istismarı kafedrasında assistent, 1988-2000-ci illərdə AEA Riyaziyyat və Mexanika İnstitutunun Neft və qazın qeyri-xətti mexanikası şöbəsində böyük, aparıcı və baş elmi işçi vəzifələrində çalışmışdır. 2000-ci ildən başlayaraq ARDNŞ-in Neftqaz- elmitədqiqatlayihə İnstitutunda neft və qaz hasilatı sahəsində elmi işlər üzrə direktor müavini, 2001-2006-cı illərdə isə direktor əvəzi olmuşdur. B.Süleymanovun elmi fəaliyyətinin əsas istiqamətini neft yataqlarının işlənməsin­də heterogen sistemlərin qeyri-bircinsli məsaməli mühitlərdə süzülməsinin fiziki və riyazi modelləşdirilməsi əsasında laylann neftveriminin artırılması, quyudibi zona­nın işlənməsi və su axınlarının təcrid olunmasının yeni texnologiyalarının yaradıl­ması, qeyri-bircins laylarda qeyri-Nyuton mayelərinin axını zamanı S-vari fıltrasiya qanununun mövcudluğunun təyin edilməsi, təcrübi və nəzəri cəhətdən əsaslandırıl­ması, qazlı Nyuton və qeyri-Nyuton mayelərin təzyiqin böhrana qədər sahələrində stasionar və qeyri-stasionar süzülməsinin hərtərəfli öyrənilməsi, neft hasilatı quyu­larında müxtəlif texnoloji proseslərin modelləşdirilməsi nəticəsində yeni tipli quyu avadanlığının - dalma nasosları, yeraltı təmir avadanlığı, quma qarşı süzgəclər və s., müxtəlif reagentlərin - deemulqatorlar, depressatorlar, səthi aktiv maddələr və s. işlənib hazırlanması təşkil edir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmış bir sıra avadanlıqlar və reagentlər sənayedə tətbiq edilmişdir. B.Süleymanov 1998-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanın­da Ali Attestasiya Komissiyasının Yer Elmləri üzrə Ekspert Şurasının üzvü, 2003-2006- cı illərdə isə sədri olmuşdur. 2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin yanacaq və energetika üzrə problem şurasının sədr müavini işləmiş, 2003-2009-cu illərdə «Azərbaycan neft təsərrüfatı» jurnalının redaksiya hey­ətinin üzvü olmuşdur. 2003-2008-ci illərdə «Şahdəniz» qazkondensat yatağının işlən­məsi üzrə rəhbər komitənin üzvü, 2004-cü ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında enerji resurslarının səmərəli istifadə edilməsi üzrə komissiyanın sədr müavini olmuşdur. 2009-cu ildən indiyə kimi Neftqazelmitədqiqatlayihə İnstitutunun "Elmi əsərlər" jurnalının redaksiya heyətinin və 2009-cu ildən ABŞ-ın Neftçilər Cəmiy­yətinin [SPE] üzvüdür. Petroleum Science & Engineering, International Journal of Oil, Gas and Coal Technology və Energy & Fuels jurnallarının rəyçi ekspertidir. B.Süleymanov 149 elmi əsərin, o cümlədən 45 müəlliflik şəhadətnaməsi və paten­tin, 1 monoqrafiyanın müəllifidir. Əsərlərinin çox hissəsi xaricdə çap olunmuşdur. Tanınmış beynəlxalq jurnallarda əsərlərinə istinad olunur. B.Süleymanovun rəhbərliyi ilə 10 fəlsəfə doktoru yetişdirilmişdir. B.Süleymanov «SSRİ ixtiraçısı» döş nişanı (1985), Respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə ARDNŞ-in Fəxri Fərmanı (2004, 2009) ilə təltif edlimiş, ixtiraçılıq sahəsində birinci respublika müsabiqəsinin qalibi (2013) olmuşdur.

İSTİNAD:
AMEA-nın nəşri olan “Akademiya simalarda” ensiklopedik məlumat-sorğu kitabı
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter