Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

Bağırov Səhlab Əloş oğlu




Bağırov Səhlab Əloş oğlu
Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini
polis general-mayoru


1963-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1988-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1999-cu ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir.
1981-1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1994-cü ildən daxili işlər orqanlarında xidmətə başlamış, müxtəlif vəzifələrdə işləmişdir. Nərimanov RPİ-nin, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, DİN-ə bilavasitə tabe olan Çevik Polis Alayının komandiri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il tarixli Sərəncamı ilə “İgidliyə görə”medalı, 2011-ci ildə isə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir. 2013-cü ildə polis general-mayoru xüsusi rütbəsi verilmişdir.
Ailəlidir, üç övladı var.

Mənbə:Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter