Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

Səmədov Fəxrəddin Cavanşir oğlu




Səmədov Fəxrəddin Cavanşir oğlu
Daxili Qoşunlar Komandanının müavini –
Maddi-texniki Təminat İdarəsinin rəisi general-mayor

1960-cı ildə Xaçmaz şəhərində anadan оlmuşdur.
1977-1981-ci illərdə SSRİ DİN-in Xarkov Ali Hərbi Arxa Cəbhə Məktəbində təhsil almışdır.
1981-1991-ci illərdə SSRİ DİN-in Daxili Qоşunlarında ərzaq xidməti rəisinin köməkçisi, tabor komandirinin təchizat üzrə müavini, ərzaq xidmətinin rəisi, hərbi hissə komandirinin arxa cəbhə üzrə müavini vəzifələrində xidmət etmişdir. 1991-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qоşunlarının Baş İdarəsinin sərəncamına göndərilmişdir.
1991-2007-ci illərdə DİN-in Daxili Qоşunlarında hərbi hissə (alay) kоmandirinin arxa cəbhə üzrə müavini, Baş İdarədə ərzaq xidmətinin rəisi, hərbi hissə (briqada) komandirinin arxa cəbhə üzrə müavini, Baş İdarədə arxa cəbhə rəisinin müavini - qərargah rəisi, hərbi hissə (alay) kоmandiri, Baş İdarənin Maddi-texniki Təminat İdarəsində Qərargah rəisi-İdarə rəisinin müavini vəzifələrində xidmət etmişdir.
2002-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 aprel tarixli 2087 nömrəli sərəncamı iləDaxili Qoşunlar Komandanının müavini – Maddi-texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il tarixli 06 may və 2014-cü il 08 mart tarixli sərəncamları ilə “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 12.03.2009-cu il tarixli 203 nömrəli sərəncamı ilə “general-mayоr” hərbi rütbəsi verilmişdir.
Ailəlidir. Bir övladı var.

Mənbə:Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter