Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan təhsili” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinə start verilib



“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan təhsili” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinə start verilib

Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. Azərbaycanda təhsilə diqqət və qayğı hələ ötən əsrin 60-cı illərindən başlamışdır.Ulu öndər Heydər Əliyev 1969-cu ilin yayından başlayaraq Azərbaycanda təhsil müəssisələrinin yeniləşdirilməsinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinə şəxsən özü nəzarət etmişdir. İstedadlı və xüsusi qabiliyyətli gənclərin üzə çıxarılması, o zaman üçün müasir və yeni sayılan texnologiyaların tətbiqi ölkə rəhbərinin daim diqqət mərkəzində olmuşdur. Ulu Öndərin daha çox maraq və diqqət ayırdığı məsələ azərbaycanlı gənclərin SSRİ-nin və xarici ölkələrin nüfuzlu ali məktəblərində oxumaq üçün göndərilməsi idi. Belə ki, bilavasitə Ulu Öndərin təşəbbüsü ilə 1980-ci ildə SSRİ-nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə 3500 nəfərdən çox azərbaycanlı tələbə və 100 nəfərdən çox aspirant təhsil alırdı. Ümummilli Lider hər il həmin tələbələrin başqa şəhərlərə göndərilməsindən əvvəl onlarla görüşmək ənənəsi yaratmışdı.
Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Prezident İlham Əliyev Ümummilli Liderin həyata keçirdiyi həmin siyasəti uğurla davam etdirir. Hazırda Azərbaycanda məktəblərin 90 faizindən çoxu kompyuter və digər informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlığı ilə təchiz edilmişdir. Heydər Əliyev Fondunun təhsilin inkişafına verdiyi dəstək isə öz əhəmiyyəti ilə seçilmişdir. Fond ölkədə məktəb tikintisində yaxından iştirak etməklə yanaşı, onların əyani vəsaitlər, şagirdlərin isə məktəb ləvazimatları ilə təmin olunmasında mühüm rol oynamışdır. Bu proses indi də davam edir.
Bu gün təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, Prezident İlham Əliyevin daim diqqətdə saxladığı müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf etməkdədir. Çünki qazanılan bütün nailiyyətlər məhz ulu öndər Heydər Əliyev ideyalarından güc alır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq “Bioqrafiya” elmi-publisistik, ictimai-siyasi, beynəlxalq jurnalının Redaksiya Şurası
Q Ə R A R A    A L I R:

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü münasibətilə respublikada pedaqoqlar, müəllimlər, gəng alim və mütəxəssislər və eləcə də KİV nümayəndələri arasında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan təhsili” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsi elan edilsin.
  • Müsabiqənin mükafatlandırma fondu: 10000 (on min) manat təyin edilsin.
I Yer - 5000 manat
II Yer - 3000 manat
III Yer - 1000 manat
Hər biri 250 manat olmaqla həvəsləndirici mükafat - 4 ədəd
  • Qaliblər 2019-cu ilin yanvar ayında Bakı şəhərində, “Bioqrafiya” elmi-publisistik, ictimai-siyasi və beynəlxalq jurnalı redaksiyasının inzibati binasında elan olunsun.
  • Müsabiqənin elan olunması, təşkili və mükafatlandırılma mərasiminin keçirilməsi ilə bağlı respublikanın aparıcı KİV-lərində mütəmadi olaraq müvafiq məlumatlar dərc edilsin.

  • Müsabiqənin əsas şərtləri aşağıdakı kimi təyin edilsin:
- Respublikanın bütün təhsil müəssisələrində calışan müəllimlər, pedaqoqlar, gəng alim və mütəxəssislər və eləcə də KİV nümayəndələri “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan təhsili” mövzusu ilə bağlı yazılarını təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.
-Müsabiqəyə təqdim ediləcək yazılar 01 dekabr 2018-ci il tarixindən 31 dekabr 2018-ci il tarixinədək azbiografiya@gmail.com elektron poçt ünvanında qəbul ediləcək.
-Müsabiqəyə təqdim ediləcək yazılar araşdırma xarakterli olmalıdır. -Əvvəllər dərc olunmuş yazıların təkrar olaraq müsabiqəyə təqdim edilməsi qəbul edilməzdir.
- Müsabiqəyə təqdim olunan yazı yalnız Azərbaycan dilində, Times New Roman şrifti ilə təqdim edilməli, həcmi 9 min işarədən az, 11 min işarədən çox olmamalıdır.
- İştirakçılar təqdim olunan yazıların sonunda zəruri məlumatlarını (adı, soyadı, əlaqə telefonu, çalışdığı təhsil müəssisəsinin adı və tutduğu vəzifə) qeyd etməlidirlər.
- Hər iştirakçı müsabiqəyə bir yazı təqdim edə bilər.
-Müsabiqəyə təqdim ediləcək yazı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü münasibəti ilə “Bioqrafiya” elmi-publisistik, ictimai-siyasi və beynəlxalq jurnalı tərəfindən elan edilmiş “Ən yaxşı yazı” müsabiqəsinə təqdim edilmək üçün hazırlandığı göstərilməlidir.
- Təşkilat komitəsi tərəfindən keçiriləcək təntənəli mərasimdə qaliblərin pul mükafatı, qiymətli hədiyyə və diplomlarla mükafatlandırılması təşkil ediləcək.
- Təqdim olunan yazılar tanınmış alimlər, pedaqoqlar və təçrübəli müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
- Qaliblərin yazıları “Bioqrafiya” elmi-publisistik, ictimai-siyasi, beynəlxalq jurnalının növbəti sayında dərc ediləcək.

Redaksiya Şurası
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter