Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

İLQAR NAZIM OĞLU MURADOV

İLQAR NAZIM OĞLU MURADOV
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini.

1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, ali təhsillidir.1994-cu ildə Azərbaycan Texniki Universitetini bitirmişdir.1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakultəsinə qəbul olunmuş və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. Birinci təhsil üzrə ixtisası mühəndis-mexanik, ikinci təhsil üzrə iqtisadçıdır. Əmək fəaliyyətinə 1995-ci ildən Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsində Maddi istehsal sahələrində dövlət mülkiyyətinin özəlləşdirilməsi şöbəsində 1-ci dərəcəli mütəxəssis vəzifəsində başlamışdır.1996-cı ilin mart ayından Qiymətli kağızların tədavülü şöbəsində mütəxəssis, 1996-cı ilin sentyabr ayından 1997-ci ilin fevral ayınadək İnvestisiya fondlarının təşkili şöbəsində aparıcı mütəxəssis, 1997-ci ilin noyabr ayınadək Fond bazarının tənzimlənməsi şöbəsində aparıcı mütəxəssis vəzifələrində çalışmışdır.1997-ci ilin noyabr ayından Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin təsis etdiyi “Mülk” Milli Depozit Mərkəzinin İnvestisiya institutlarına nəzarət şöbəsində baş mütəxəssis – şöbə rəisi vəzifəsini icra edən, 1999-cu ilin iyul ayından oktyabr ayınadək isə həmin şöbənin rəisi vəzifəsində çalışmışdır.1999-cu ilin oktyabr ayından Milli Depozit Mərkəzində Deponentləşdirmə şöbəsinin rəisi, 2003-cü ilin sentyabr ayından 2006-cı ilin yanvar ayınadək Deponentləşdirmə və arxiv şöbəsinin rəisi, 2006-cı ilin yanvar ayından iyun ayınadək yenidən Deponentləşdirmə şöbəsinin rəisi vəzifələrində çalışmışdır.2009-cu ilin fevral ayında Milli Depozit Mərkəzinin Deponentləşdirmə şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.2009-cu ili iyun ayınından Milli Depozit Mərkəzinin İdarə heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.2010-cü ilin aprel ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Sədrinin müavini vəzifəsinə təyin edilmişdir.2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikasi Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşdırılmasında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter