Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 15:13 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

Dadaşzadə Məmməd Arif Məhər­rəm oğlu

  • 07.12.2018, 12:11,
  • Elm


Dadaşzadə Məmməd Arif Məhər­rəm oğlu 
(1904-1975) 
Məmməd Arif Məhər­rəm oğlu Dadaşzadə 1904-cü il iyunun 10-da Bakı şəhərində anadan olmuşdur. Bakı Xalq Maarifi İnstitutunda oxumuş və ADU-nun Şərq fakültəsini bitirmiş [1920-1925], Moskvada Sovet Şərq Xalqları Elmi Tədqiqat İnstitutunun aspi­rantı olmuşdur [1925-1928]. Filologiya üzrə namizədlik [1944], doktorluq [1954] dissertasiyaları müdafiə etmiş, professor [1955] elmi adını almışdır. AEA-nın müxbir üzvü [1955] və hə­qiqi üzvü [1958] seçilmişdir. Azərbaycan Pedaqoji İnstitutu Rus ədəbiyyatı kafedrasının baş müəllimi, do­senti işləmiş, ADU-nun Rus ədəbiyyatı kafedrasının müdiri olmuş [1932-1938], SSRİ EA Azərbaycan filialının Ədəbiyyat və Dil İnstitutunun baş elmi işçisi [1938- 1939], direktoru [1939-1950,1957-1959], «Vətən uğrunda» jurnalının redakto­ru [1941-1945], Azərbaycan Maarif nazirinin müavini [1946] vəzifələrində çalış­mışdır. Azərbaycan EA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi [1959], sonra AEA-nın vitse-prezidenti [1960-1975] olmuşdur. Azərbaycan EA Rəyasət Heyəti nəzdində Terminologiya Komitəsinin sədri [1957-1975], Azərbaycan RespublikasiAli Sovetinin sədri [1963-1967] olmuşdur. M.Arifin yüksək elmi-nəzəri fəaliyyəti, problematika aktuallığına diqqəti, elmi obyektivlik hissi Azərbaycan ədəbiyyatşünaslığını və tənqidini keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Ədəbiyyatımızın müxtəlif mərhələlərini tədqiq edib sistemli şəkildə öyrə­nən, ədəbi əlaqələr sahəsində böyük xidmətlər göstərən, mühüm nəzəri və me­todoloji problemlərin elmi həllini verən, tənqidin nəzəri əsaslarını hazırlayan M.Arif mütəfəkkir alim və nəzəriyyəçi olmuşdur. O, ilk dəfə «Azərbaycan sovet ədəbiyyatı tarixi»ni yazmışdır [1944]. Alimin «Cəfər Cabbarlının yaradıcılıq yolu» [1956] və «Səməd Vurğunun dra­maturgiyası» [1964] monoqrafiyaları, «Azərbaycan xalqının ədəbiyyatı» [1958], «Azərbaycan ədəbiyyatı tarixi» [1972] və s. kitabları milli ədəbiyyatşünaslığımı­zın fundamental əsərlərindəndir. İkicildlik «Azərbaycan ədəbiyyatı tarixi» [1943- 1944], üçcildlik «Azərbaycan ədəbiyyatı tarixi» [1957-1960], «Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri» [1963], ikicildlik «Azərbaycan sovet ədəbiyyatı tarixi» [1967] kimi nəşrlərin yaranması bilavasitə M-Arifin adı, elmi fəaliyyəti ilə bağlıdır. Alimin bir sıra əsərləri xarici dillərə tərcümə edilmişdir. M.Arif keçmiş SSRİ Elmlər Akademiyasının «Müasir dövrdə dünya ədəbiyya­tının inkişaf qanunauyğunluqları» kompleks problemi üzrə Elmi Şuranın, doq- quzcildlik «Qısa ədəbiyyat ensiklopediyasının redaksiya heyətinin, altıcildlik «Çoxmillətli sovet ədəbiyyatı tarixi» nəşrinin baş redaksiya heyətinin üzvü ol­muş, həm də bu əsərlərin hazırlanmasında müəllif kimi yaxından iştirak etmişdir. Əməkdar elm xadimi [1960], Azərbaycan Dövlət Mükafatı laureatı [1974] adına layiq görülmüş, «Lenin» ordeni [1971], iki dəfə «Qırmızı Əmək Bayrağı» ordeni [1939,1964], «Oktyabr inqilabı» ordeni [1974] və medallarla təltif olunmuşdur. Akademik Məmməd Arif Dadaşzadə 1975-ci ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter