Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

"NEFTÇİ"NİN FUTBOLÇUSU HAİTİ YIĞMASININ HEYƏTİNDƏ NÖVBƏTİ QOLUNU VURUB




"NEFTÇİ"NİN FUTBOLÇUSU HAİTİ YIĞMASININ HEYƏTİNDƏ NÖVBƏTİ QOLUNU VURUB

“Neftçi” klubunun futbolçusu Soni Mustivar Haiti milli komandasının heyətində növbəti qolunu vurub.

“Biography.az” klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi CONCACAF Millətlər Liqasında Sent-Lusia ilə səfər oyununun 13-cü dəqiqəsində fərqlənib. Bu, 28 yaşlı yarımmüdafiəçinin Haiti yığmasının heyətində 13-cü görüşündə 2-ci qolu olub. Mustivar oyunun ikinci hissəsinə əlavə olunan ilk dəqiqədə əvəzlənib. Görüş onun komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.
“Neftçi”nin legioneri Haiti millisindəki ilk qolunu CONCACAF Millətlər Liqasının əvvəlki qarşılaşmasında Sent-Martinin qapısından keçirib.
Qeyd edək ki, “Qarabağ"ın müdafiəçisi Donald Gerye zədə səbəbindən Haiti millisinə dəvət almayıb.
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter