Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

Dekabrın 5-də Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun 56 yaşı tamam olur



Dekabrın 5-də Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun 56 yaşı tamam olur

Həsənov Ceyhun Əkbər oğlu 5 dekabr 1962-ci ildə Salyan rayonunda anadan olmuşdur. 1981-1983-cü illərdə Silahlı Qüvvələrin sıralarında hərbi xidmət keçmişdir.
1994-cü ildə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 1984-2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır.
2004-2016-cı illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəisi vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10.06.2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunmuşdur.
Daxili işlər orqanlarında uzun illər ərzində qüsursuz xidmətinə görə Daxili İşlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 01.07.2009-cu il tarixli, 364 nömrəli Sərəncamı ilə Qanunçuluğun qorunmasında, cinayətkarlıqla mübarizədə igidlik və şücaət göstərdiyinə görə “İgidliyə” görə medalı ilə təltif olunmuşdur.
Ailəlidir, üç övladı var.
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter