Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir




İDMAN RUBRİKASI

Mərakeş əsilli Fransa futbolçusu, Azərbaycanın "Qarabağ" FK-nun yarımmüdafiəçisi Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir

Mərakeş əsilli Fransa futbolçusu, Azərbaycanın "Qarabağ" FK-nun yarımmüdafiəçisi. O, 20 yaşına qədər Fransa Milli Futzal Komandasında oynamışdır.
1991-ci il dekabrın 5-də Fransanın Lil şəhərində Mərakeş əsilli bir ailədə anadan olan Zubir 6 yaşında futzal oynamağa başlamışdır.
O, 2011-ci ildə "Qrenobl Fut 38" FK ilə bir müqavilə imzalamışdır. Zubir bu dövrdə 14 oyun keçirmiş və 7 qol vurmuşdur.
Abdullah Zubir 2013-cü ildə "İstr" FK ilə bir müqavilə imzalamışdır. Zubir həmin ilin avqust ayında Şotlandiyanın "Hibernian" FK-na icarəyə verilmişdir. O, Şolandiya Liqa Kubokunda debütünü 24 sentyabrda "Stranraer" FK-a qarşı keçirmişdir. Oyun 5–3 hesabıyla, "Hibernian" FK-nun qələbəsi ilə nəticələnmişdir. Zubir bu oyunda ikinci qolun sahibi olmuşdur. Buna baxmayaraq, baş məşqçi Pet Fenlon klubu tərk edəndə, onun yerinə gələn Terri Butçer Zubiri daha çox əvəzedici heyətdə saxlamışdır.
Zubirin topuğundan zədələnməsi onun beş ay oyundan kənar qalmasına səbəb olmuşdur.Zubir bu mövsümdə 16 oyun keçirmiş və sadəcə 1 qol vurmuşdur. Hibernian FK-nun idarə heyəti Zubir ilə olan müqavilələrini uzatmamışdır və nəticədə o, "İstr" FK geri qayıtmışdır.
Abdullah Zubir 2015-ci ildə Rumıniyanın "Petrolul Ployeşti" FK ilə üç illik bir müqavilə imzalamışdır və klubun heyətinə həmin ilin 24 iyununda qoşulmuşdur. O, liqa debütünü 11 iyul "Styaua Buxarest" FK-a qarşı keçirmişdir. Zubir tez zamanda komanda azarkeşləri tərəfindən sevilmiş və iyul ayının ən yaxşı oyunçusu seçilmişdir. O, liqadakı ilk qolunu 9 noyabrda "Konkoriya Kyajna" FK-a keçirilən oyunda vurmuşdur.
Abdullah Zubir 26 iyun 2018-ci ildə Azərbaycanın "Qarabağ" FK ilə iki illik bir müqavilə imzalamışdır.
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter