Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

XANLAR FƏTİYEV



XANLAR NURU OĞLU FƏTİYEV
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gəncə Futbol Federasiyasının sədri.
15 yanvar 1972-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin sənaye və mülki tikinti fakültəsinə daxil olub və fakültənin tam kursunu bitirib. İş fəaliyyətinə 1988-ci ildə «Azərtransqaz» nəzdində 2 saylı səyyar mexanikləşdirilmiş dəstədə fəhlə kimi başlayıb, 1990-1991-ci illərdə «Betonçu» kooperativində iqtisadiyyat və istehsalat üzrə mühəndis, 1992-1994-cü illərdə isə həmin kooperativdə sədr vəzifəsində işləyib. 1994-1997-ci illərdə «Elruz» kiçik müəssisəsində sədr, 1997-2003-cü illərdə «Avestas» firmasının baş direktoru, 2003-2004-cü illərdə «Aznur» MMC-nin baş direktoru vəzifələrində çalışıb.
2004-cü ildən bu günə kimi Gəncə avtomobil zavodunun direktoru vəzifəsində işləyir.
7 noyabr 2010-cu ildə Gəncə seçki dairəsindən Azərbaycan Respublikası Milli məclisinin deputatı seçilib. Parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür.
Ailəlidir, iki uşağı var.
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter