Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

CAVANŞİR FEYZİYEV

CAVANŞİR ƏYYUB OĞLU FEYZİYEV
Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. Mədəniyyət komitəsinin üzvü, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü.
004-2009-cu illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı olmuş, 2009-cu ilin oktyabr ayında «Etno–siyasi münaqişələrin mənəvi aspektləri» mövzusvunda dissertasiya müdafiə etmiş və fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
2002-ci ildə «Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri» adlı kitabı ingilis dilində, 2008-ci ildə «Sülh fəlsəfəsi» adlı elmi-publisistik kitabı və 2013-cü ildə “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitabı Azərbaycan dilində çap olunub. 2014-2017-ci illərdə “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitabı türk, qazax, qırğız, rus, boşnak və macar dillərinə tərcümə olunaraq həmin ölkələrdə nəşr olunmuşdur.
60-dan çox elmi məqaləsi Azərbaycan, Türkiyə, Ukrayna və Rusiyanın müxtəlif elmi nəşrlərində dərc olunmuşdur. Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Serbiya, Fransa, Pakistan dövri mətbuatında tarixi, ictimai və siyasi mövzularda 100-dən çox məqalənin müəllifidir.
2010-cu ilin noyabrında Azərbaycan Respublikası 4-cü çağırış Milli Məclisinə 115 saylı Şəki ikinci kənd seçki dairəsindən deputat seçilmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olmuşdur.
Azərbaycan Respublikasının Milli Məclisi ilə Fransa, İsveçrə, Böyük Britaniya, Macarıstan, Yaponiya parlamentlərarası işçi qruplarının üzvü, Azərbaycan-Uruqvay parlamentlərarası dostluq qrupunun rəhbəri olmuşdur.
2015-ci ilin noyabrında Azərbaycan Respublikası 5-ci çağırış Milli Məclisinə 115 saylı Şəki seçki dairəsindən deputat seçilmişdir.
Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlər arası əlaqələr komitəsinin üzvüdür.
Böyük Britaniya və Azərbaycan Parlamentlərarası işçi qrupun rəhbəri, Fransa-Azərbaycan Parlamentlərarası işçi qrupun rəhbərinin müavini, Macarıstan, Yaponiya, İsveçrə parlamentləri ilə MM arasında dostluq qruplarının üzvüdür.
Türkdilli ölkələrin Parlament Assambleyasında MM nümayəndə heyətinin üzvüdür.
Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədridir.
2013-cü ilin iyul ayında Azərbaycan Jurnalistlərinin Qurultayında Azərbaycan Respublikasının Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilmişdir Azərbaycan Respublikasının Mətbuat Şurası İdarə Heyətinin Beynəlxalq Əlaqələr komissiyasının sədridir.
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter