Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

Mətləb Əvəz oğlu Namazalıyev



MƏTLƏB ƏVƏZ OĞLU NAMAZALIYEV

AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN ZABİTİ


        Mətləb Əvəz oğlu Namazalıyev 1968-ci il mart ayının 31 də Füzuli rayonu Horadiz kəndində ziyalı ailəsində anadan olub.1975 ci ildə doğulduğu kənddə 1 ci sinifə qədəm qoyub.1985 ci ildə orta məkətəbi əla qiymətlərlə bitirərək elə həmən il Azərbaycan Neft Texnikumuna daxil olub.Lakin ürəyində olan vətən sevgisi və hərb sənətinə olan maraq onu fikrindən yayındırıb.Mətləb oxuduğu texnikumdan öz xoşu ilə uzaqlasaraq 1986 cı ildə Rusiya Federasiyasının Ural çayı sahilində yerləşən Orenburq şəhərində fəaliyyət göstərən Ali Zenit Raket Komandanlıq Məktəbinə qəbul olub.1990-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirərək Türkistan Hərbi dairəsinə təyinatını alıb və həmin ərazidə xidmətinə davam edərək heyyət rəisi vəzifəsindən Zenit Raket Qoşunlarının qərargah rəisi vəzifəsinə qədər fəaliyyət göstərib,coxlu uğurlar əldə etmişdir.Mətləb Türkistan Hərbi dairəsində Zenit Raket Qoşunlarının qərargah rəisi vəzifəsinə təyin olunduqda rütbəsi baş leytenant olub.Lakin gənc zabit olmağına baxmayaraq Komandanlıq onda olan bacarıq və bilikləri aşkar edərək ona cox məsuliyyətli və ağır bir vəzifə vermişdirlər.Azərbaycan Respublikasının gənc zabiti bu vəzifənin ohdəsindən laiqincə gələrək uğurlar əldə etmişdir. 
   1998-ci ilin yanvar ayında Azərbaycan Respublikasının şanlı Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə təyinatını alan Mətləb Namazalıyev doğma yurduna qayıdıb xidmətinə davam edərək Hava Hücumundan Müdafiə Qoşunlarında Divizion komandiri vəzifəsindən Briqada komadirinin birinci müavini vəzifəsinə qədər yüksəlmişdir və hal hazırda "N" saylı Hərbi Hissənin komandiri vəzifəsinin icracısı kimi xidmətinə davam edir.
      Mətləb Namazalıyev bir cox hava hücumundan müdafiə əməliyyatlarında iştirak edərək xeyli sayda uğurlar əldə etmiş,komandanlığın və şəxsi heyyətin rəğbətini qazanmışdır.O,həmçinin 2016 cı ilin aprel ayında Hərbi Hava Qüvvələrinin Komandanının göstərişi ilə bir döyüş maşınına rəhbərlik edərək dövlətimizin hava sərhədlərini qızğın döyüşlər gedən ərazilərdə qorunmasını həyata keçirmişdir.Palkovnik-leytenant Namazalıyev bu tapşırığında öhdəsindən laiqincə gələrək düşmənin havadan hücum vasitələrinin qarşısını öz döyüş heyəti ilə birgə almışdır.
         Mətləb Namazalıyev hərbi xidməti zamanı göstərdiyi bilik və bacarıqlarına görə eləcədə hərb sənətinə dərindən yiyələnərək vətənimiz Azərbaycan Respublikasının hava sərhədlərinin qorunmasını hər zaman düzgün təşkil etdiyi ücün xidməti müddətində aşağıda adları çəkilən medallarla təltif olunmuşdur.
1) Silahlı Qüvvələrin yaranması günü münasibəti ilə 90,95 və 100 illik yubiley medalları
2) 2-ci və 3-cü dərəcə qüsursuz xidmətə görə medallar
3) Silahlı Qüvvələrin veteran medalı.
       



        

Mətləb Ə

Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter