Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək


Azərbaycanda 13 yaşadək uşaqlar arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozunun qoyulması halları artıb.

2015-ci ildə 10 183 nəfərə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. Onların 4967-si kişi, 5216-sı qadın olub.

Ötən il ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulanların 113-ü 13 yaşadək uşaq olub.

2011-ci ildə Azərbaycanda 0-13 yaşlı uşaqların 71-nə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulmuşdusa, 2014-cü ildə onların sayı 81, 2015-ci ildə 113 olub. Ötən il bu diaqnozun qoyulduğu uşaqların 66-sı oğlan, 47-si qız olub.

Ötən il 14-17 yaşlı uşaqların 24-nə (11 oğlan, 13 qız) ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub.

Əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə halları artıb.

2014-cü ildə əhalinin hər 100 000 nəfərinin 101,4 nəfərinə, 2015-ci ildə isə 106,9 nəfərinə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub.

“Bioqrafiya” beynəlxalq jurnalı “Ürəkdən ürəyə!” xeyriyyə aksiyasını ağir patoloji xəstəliklərdən, o
cümlədən xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara yardım etmək üçün həyata keçirir.
Bu layihənin bütün fədakar könüllüləri adından Sizə müraciət ünvanlayaraq təklif edirik ki, həyata
keçirdiyimiz “Ürəkdən ürəyə - ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək” adlanan xeyriyyə
aksiyasına qoşularaq zəruri maddi yardımınızı əsirgəməyəsiniz. Unutmayın ki, Sizin məbləğindən asılı
olmayaraq təmənnasız ödədiyiniz istənilən maddi vəsait bizə gözlərini dikən imkansız və xəstə uşaqların
həyatında dönüş yarada bilər. Gördüyünüz bu xeyirxah əməl də Tanrının izni ilə Sizə elə ən böyük xeyir
kimi də qayıdacaqdır!
Layihə çərçivəsində Sizə “Bioqrafiya” beynəlxalq jurnalının 1(bir) nüsxəsini təqdim edir və xahiş
edirik ki, jurnalın Sizə təqdim olunan nüsxəsini alasınız. Jurnalın 1(bir) nüsxəsinin qiyməti 10(on) manat
təşkil edir.
Sizin köməkliyiniz sayəsində jurnalın satışından əldə olunan gəlir “Bioqrafiya” beynəlxalq
jurnalına müraciət edən ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə və əməliyyat
olunmalarına sərf ediləcəkdir.
İnanırıq ki, təklifimizi qəbul edərək həyata keçirdiyimiz xeyriyyə aksiyasına qoşulacaq və
imkanınız daxilində xəstə uşaqlara zəruri əməliyyat və müalicə olunmaları üçün jurnalın nüsxələrini
almaq yolu ilə maddi dəstək göstərəcəksiniz!
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter