Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

Hüseynov Vüsal Əfqan oğlu



Hüseynov Vüsal Əfqan oğlu
 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi 

12 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur.2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat üzrə bakalavr pilləsini bitirmişdir.2002-2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 2003-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər üzrə magistr təhsili almışdır. 2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmiş və hüquqşünas ixtisası almışdır. 2010-cu ildə Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin magistr proqramına qəbul olmuş və 2011-ci ildə dövlət idarəçiliyi üzrə magistr dərəcəsi almışdır.2005-2010-cu illərdə Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibliyində aparıcı məsləhətçi və böyük məsləhətçi olmuşdur. 2007-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2011-2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin “Miqrasiya və vətəndaşlıq məsələləri” sektorunda məsləhətçi və böyük məsləhətçi vəzifələrində çalışmışdır. 2012-2015-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi olmuşdur. 2015-ci ildə Yeni Azərbaycan Partiyasının namizədi olaraq 91 saylı Ucar seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli Sərəncamı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurası üzvü təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir. 2012-ci ildən Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 2012-2017-ci illərdə Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşəbbüsünün Azərbaycan üzrə Milli koordinatoru olmuşdur. 2015-ci ildən Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarə Heyətinin üzvüdür. 2015-2018-ci illər arasında Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədr müavini olmuşdur. 2018-ci ildə Avropa Şurası Parlament Assambleyasının Hüquq məsələləri və insan hüquqları komitəsinin sədr müavini, Hakimlərin seçki komitəsinin üzvü seçilmişdir.İngilis və rus dillərini bilir.Evlidir, iki övladı var.
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter