Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

Hicran Kamran qızı Hüseynova



Hicran Kamran qızı Hüseynova
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Siyasi elmlər doktoru, professor. Azərbaycanda siyasi elmlər doktoru adını almış ilk qadın. Hicran Hüseynova 13 avqust 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə 6 nömrəli orta məktəbi,1977-ci ildə isə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1977-ci ildən 189 saylı orta məktəbdə müəllim fəaliyyətinə başlamış, paralel olaraq Bakı Dövlət Universitetində siyasi tarix fənnini tədris etmişdir. 1988-1993-cü illər ərzində Bakı Dövlət Universitetinin siyasi tarix kafedrasında müəllim, baş müəllim və kafedra dosenti vəzifəsində işləmişdir. 1999-cu ildən 2003-cü ilədək Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsində “Beynəlxalq münasibətlər və informasiya” şöbəsinin müdiri işləmişdir. 2000-2006-cı illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsinin dekan müavini olmuşdur. Gender problemləri üzrə Avropa Şurasının və ATƏT-in ekspertidir. Azərbaycanda “Beynəlxalq məsələlərin tədqiqatı assosiasiyası”nın prezidentidir. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2006-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 2011-ci ilin 27 yanvar tarixində Fransa Prezidenti tərəfindən “Fransanın Milli Fəxri Legion Ordeninin zabit rütbəsi (ikinci dərəcəli)” ilə təltif olunmuşdur. 12 avqust 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Hicran Hüseynova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.Ailəlidir, 2 övladı, 3 nəvəsi var.
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter