Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

Mübariz Qəhrəman oğlu Qurbanlı



Qurbanlı Mübariz Qəhrəman oğlu 
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri 
Qurbanlı Mübariz Qəhrəman oğlu Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (21 iyul 2014-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən) 1954-cü il yanvarın 7-də Şəmkir rayonunun Mahmudlu kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tarix elmləri namizədi, dosentdir. Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir. Rus dilini bilir. 1978-ci ildən Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləmişdir. 1985-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışmışdır. Hazırda həmin universitetin dosentidir. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir. I, II və III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2010-cu il noyabrın 7-də Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavinidir. Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter