Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

Rövşən Şükür oğlu Rzayev




Rövşən Şükür oğlu Rzayev
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Rzayev Rövşən Şükür oğlu (d. 20 yanvar 1962, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri; Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı, Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Gənclər və idman komitəsinin üzvü. 1962-ci il yanvarın 20-də Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və 1993-cü ildə həmin universitetin hüquq fakültələrini bitirmişdir. 1982-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 2004-cü ildən 101 saylı Xanlar Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçildikdən sonra uzun müddət Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədrinin müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Parlamentinin deputatı olduğu dövrdə qanunyaradıcılıq prosesində fəal iştirak etmişdir. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və s. qanun layihələrinin hazırlanması üzrə işçı qrupunun üzvü, “Yuvenal Ədliyyə haqqında”, “Azərbaycan Respublikasının işğal olunmuş əraziləri haqqında” və s. qanun layihəsinin təşəbbüskarı olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu dövrdə AvroNEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü qismində bu beynəlxalq qurumun Prosedur Qaydalarının hazırlaması üzərində işləmişdir. Avropa Şurası Parlament Assambleyasının üzvü kimi həmin qurumun “Miqrasiya, qaçqınlar və əhali üzrə” və “Sosial məsələlər” üzrə komitələrində çalışmışdır. Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunu rəhbəri olduğu dövrdə bu ölkələr arasında faydalı əməkdaşlığın artırılması sahəsində çalışmışdır. “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi 5 iyun 2009-cu il tarixli qurultayında həmin İctimai Birliyin İdarə Heyətinin üzvü seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri vəzifəsinə təyin edilib.
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter