Daxil ol
 
  • 16:14 – XANLAR FƏTİYEV 
  • 16:00 – Hüseynov Vüsal Əfqan oğlu 
  • 12:49 – MAHİR ABBASZADƏ 
  • 18:06 – Əliyev Kamran Bayram oğlu 
  • 13:18 – Abdullah Zubir dekabrın 5-də 27 yaşını qeyd edir 
  • 10:58 – Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək 

Həsənov Kərəm Əvəz oğlu



Həsənov Kərəm Əvəz oğlu 
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
1986-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirərək «İqtisadçı» ixtisasına yiyələnmişdir. 1988-1989-cu illərdə Moskva şəhərində hərbi xidmətdə olmuşdur. 1992-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi işləmişdir. 1999-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində departament direktorunun müavini, departament direktoru, nazir müavini vəzifələrində çalışmışdır. 2001-2005-ci illərdə İqtisadi İnkişaf Naziliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin direktoru vəzifəsində işləmişdir. 2005-2009-cu illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışmışdır. 19 may 2009-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur. Ailəlidir, üç övladı var.
Reytinq: 
Xəbər haqqında fikrini yaz

Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter